Tərkibi:
1 stəkan süd
2 ç.q jelatin
2 stəkan yoqurt
1/4 stəkan şəkər tozu
200 qr çiyələk


Hazırlanması:

  1. Südü qaba əlavə edir, üzərinə isə jelatin tökürük.

  2. Daha sonra yoqurt, şəkər tozu və duz əlavə edir,qarışdırırıq. Qarışımı orta dərəcədə 5 dəqiqəlik bişməyə qoyuruq (qaynadırıq)

  3. Çiyələkləri doğrayır, (zövqə görə bal da vura bilərik) Blenderdən çiyələkləri keçirib püre halına gətiririk.

  4. Stəkana əvvəlcə çiyələk püresini, sonra südlü qarışımı əlavə edirik.

  5. 4 saat soyuducuda gözləyirik və “Çiyələkli yoqurt” desertimiz hazırdır.

Nuş olsun!

Etiketlər: , , , , , , , , , , , ,