Ərzaqlar:

  • Peçenye – 450 qr.
  • Süd – 520 ml.
  • Yumurta sarısı – 1 ədəd
  • Şəkər tozu – 7 x.q.
  • Kakao tozu – 2 x.q.
  • Kərə yağı – 50 qr.
  • Vanilin – 1 ç.q.
  • Nişasta – 2,5 x.q.

Hazırlanması:

Kremi hazırlayırıq:

  1. Bunun üçün südü bərabər iki hissəyə bölürük. Bir hissəsini (260 ml.) orta odda qaynayana kimi saxlayırıq.

  2. Digər hissəsinə isə nişasta, 3 x.q. şəkər tozu, vanilin, yumurta sarısı tökürük, qarışdırırıq və onu qaynar südün içinə tökürük.

  3. Qarışdıra-qarışdıra qatılaşdığını görəcəyik. O zaman 30 dəqiqəlik soyuducuya qoyuruq.

  4. Formanın içinə kağız səririk, üzərinə peçenye qatı düzürük və üstünü kremləyirik.

  5. Peçenye və krem bitənə kimi davam edirik – 2 və ya 3 qat alınacaq. Sonuncu qat mütləq peçenye olmalıdır.

İndi isə qlazuru hazır edək:

  1. 4 x.q. şəkər tozu, kakao, 1 x.q. süd qarışdırılır, odun üzərinə qoyulur.

  2. Kütlə qaynamağa başlayan kimi südü əlavə edirik, qarışdırırıq.

  3. Qlazuru oddan götürür və tortun üzərinə gəzdiririk.

    Deserti bir neçə saat soyuducuda saxlamaq lazımdır.

Nuş olsun!

Etiketlər: , , , , , , , , ,