1. Ətin rənginə baxın

Ətin təzə, yaxud xarab olduğunu bilməyin ən asan yolu onun rənginə baxmaqdır. Təzə ət qırmızı və parlaq olur. Əgər ət saxlandıqdan sonra rəngi bənövşəyi olmağa başlayırsa, bu, onun köhnəldiyini göstərir. Üzərində yaşıl və qara nöqtələr varsa, bu, ət artıq xarab olub deməkdir.

2. Qoxusuna diqqət edin

Ətin yararsız olduğunun ən bariz göstəricisi qoxusudur. Xüsusilə xarab yumurta qoxusu və ya turş bir dad varsa, həmin ətdən istifadə etmək olmaz.

Əldə yapışıqlıq hissi yaradırsa…

Əgər əti əlinizə aldıqda yapışqanlıq hiss edirsinizsə, deməli, ət xarab olub.

Bişdikdən sonra…

Təzə ət diri və yumşaq olur, bişdikdən sonra asanlıqla ağızda əriyir.

Etiketlər: , , , , , , , , , , , , ,