Tərkibi:

  • 3 ədəd yumurta
  • 80 qram şəkər tozu
  • 80 qram qara şokolad
  • 30 ml portağal şirəsi
  • 30 qram un
  • 1 ç.q. qabartma tozu
  • 1 ç.q. vanilin şəkəri
  • Duz

    Keksləri bəzəmək üçün:

  • Şəkər pudrası
  • Şokolad ovuntuları

Hazırlanması:

  1. Şokoladları xırdalayıb, balaca qazana tökərək, buxar vannasında əridin.
  2. Una qabartma tozu əlavə edib, qarışdıraraq, ələkdən keçirin.
  3. Yumurtanın ağını sarısından ayırıb, soyuducuya qoyun.
  4. Yumurtanın sarısını şəkər tozu ilə mikserlə çalın.
  5. Üzərinə vanil şəkəri və portağal şirəsi tökərək, 8 dəqiqə ərzində mikserlə çalmağa davam edin.
  6. Sonra üzərinə əridilmiş şokolad və unu əlavə edib, qarışdırın.
  7. İstəsəniz, üstünə sürtkəcdən keçirilmiş portağal qabığı (sedra) tökün.
  8. Yumurtanın ağına duz səpib, yaxşıca çalın.
  9. Sonra çalınmış yumurtanın ağını şokoladlı xəmirin üzərinə əlavə edib, qarışdırın.
  10. Keks üçün xüsusi forma qablarına yağ çəkib, üstündən un səpin.
  11. Sonra xəmiri forma qablarına töküb, 175-180 dərəcə qızdırılmış sobada 20 dəqiqə müddətində bişirin.
  12. Bişmiş keksləri forma qabından çıxarıb, üzərinə şəkər pudrası səpin.
  13. Süfrəyə verərkən keksləri şokoladlı ovuntularla bəzəyin.

 

Etiketlər: , , , , , , , , , , , , , , ,