Ərzaqlar;

  • Fıstıqlı deyil  qoz ləpəsi ilə
  • 1-ci alt qat üçün 20-25 yuxa
  • 2-ci üst qat üçün 15-20 yuxa
  • 200-250 qr cöyüz ləpəsi
  • 300 ml əridilmiş və ayranı alınmış kərə yağı

Şərbəti üçün

  • 2.5 st şəkər
  • 2,5 st un
  • 1 dilim limon

Hazırlanması

  1.  İlk əvvəl şərbəti hazırlayırıq ki, soyusun.
    Şəkər və suyu bir qaba alıb orta odda qaynayana kimi qoyuruq ocağa.
  2. Qaynamağa başlayanda limonu əlavə edirik və tam paxlava şərbəti halına gələnə kimi qaynayır ocaqda.
    Təxmini 7-10 dəqiqə.
  3. Hazır olan şərbəti soyuması üçün bir kənara qoyuruq.
    Ləpəni azca tavada qovururuq, soyumasını gözləyirik və göyərti doğrayan blenderdə xırdalayarıq.
    Buda hazır.
  4. Yağı bir qaba qoyuruq və əridirik. Dağ etmirik, sadəcə ayranı dibinə çökə biləcək qədər qaynadırıq.
  5. Hazır olan yağı soyuması üçün bir kənara qoyuruq.
    ( yağ qaynar olaraq əlavə edilməməlidi yuxalar üzərinə )
  6.  Listə 20-25 ədəd yuxaları üst-üstə hamar olacaq şəkildə yığırıq. Xırdaladığımız ləpənin hamısını səpirik üzərinə. Sonra yerdə qalan 15-20 yuxanıda hamar şəkildə yerləşdiririk üzərinə.
  7. İti bıçaqla eyni ölüçülü dilimlərə bölürük. İlıq olan yağı gəzdiririk üzərinə hərtəfli.
  8. Əvvəlcədən isidilmiş 160-180 dərəcədə 30-40 dəqiqə bişiririk. Bişib hazır olan paxlavanı sobadan çəxarıb 5 dəqiqə gözlədirik ki, ilk qaynarlığı getsin.
  9. Ən son soyuq olan şərbəti üzərinə hərtərəfli yayılacaq şəkildə tökürük.
  10. Soyuduqdan sonra isə nuş edirik☺️
Etiketlər: , , , , , , , , , , , , ,