• Daşınabilən saatlar 15-ci əsrdə, hərəkətli yay mexanizminin ixtirasından sonra ortaya çıxıb. İlk daşınan saatlar cibdə gəzdirilirdi.
  • 1868-ci ildə Patek Philippe zərgərlik nümunəsi sayılan və qadınlar üçün nəzərdə tutulmuş biləkli bir saat yaradır. Bu saat ancaq qadınlar üçün idi. Kişilər bu saatı təbii ki taxmırdılar.

 

  • 1904-cü ildə, Cartier-in dostu, aviator Alberto Santos-Dumont, ondan pilotlar üçün saat düzəltməsini istəyir. Cartier isə ilk mexaniki kişi qol saatını – Santos modelini icad edir. Santos saatlarını istifadə etmək çox rahat idi. Birinci Dünya müharibəsi dövründə bu qol saatları zabitlər arasında çox məşhurlaşdı və cib saatlarını əvəz etməyə başladı.
  • Saat iş zamanı istifadə edilən bir cihaz halına gəldiyindən, sol qola uyğun saat modelləri hazırlamaq məqsədəuyğun idi, çünki əksər insan sağ əli soldan daha çox istifadə edir. Bir iş görərkən əsas hərəkətlər sağ əl ilə həyata keçirilir. Saata dəyə biləcək zərərin qarşısını almaq üçün saat sol qola taxılırdı.

 

  • Bundan əlavə, mexaniki qol saatını vaxtaşırı buraraq qurmaq lazım idi, bunu da hamı sağ əllə edirdi. Bu minvalla saatlar sol qola taxılanda rahat olsun deyə sol qola uyğunlaşdırılıb istehsal edilirdi. Və bu ənənə saat istehsalçıları arasında dəyişilməz olaraq indiyədək qalmaqdadır. .
  • Hazırda saatların əksəriyyəti elektron olduğu üçün sol və ya sağ qola taxmağın heç bir fərqi yoxdur.
Etiketlər: , , , , , , , , , , , , ,