Daha yaxşı həzm olunması üçün kökü xama, ya da kərə yağı ilə, yaxud qaynadaraq yeyin.
Pəhriz saxlayarkən kökdən salatlar hazırlayın, eyni zamanda kök suyu da için.
3 günlük kök pəhrizinin qısa müddətli olmasının səbəbi tək köklə qidalanmanın yorucu və zəhlətökən ola bilməsidir.
Pəhriz zamanı hər gün qreypfrut, kivi, alma, portağal yeyin.
Hər gün 1 stəkan yağsız qatıq, ya da süd içmək olar.
Əsas inqridient kökdür. Ən yaxşısı salat kimi yemək və suyunu içməkdir. Gündə 3 dəfə kök salatı yemək lazımdır. Bu salata bal, limon şirəsi və yuxarıda sadaladığımız meyvələrdən də qata bilərsiz.
Fərqlilik olsun deyə kökü blendrdan keçirib 1 çay qaşığı yağ, 1 stəkan xama ilə qarışdırıb yeyə bilərsiz.
4-5-ci gündən sonra kök yeməyə davam edərək əvvəlki yeməklərə dönə bilərsiz.
Etiketlər: , , , , , , , , , , ,